Avtomobil yolu
Avtomobil yolu — avtomobillərin hərəkəti üçün salınan, yaxud uyğunlaşdırılan yol. Müasir avtomobil yolunda avtomobilin sürətli və intensiv hərəkəti təhlükəsiz, fasiləsiz və rahat olmaqla bərabər, yük və sərnişin daşınması ucuz başa gəlməlidir.
== Tarixi ==
SSRİ-nin iqtisadiyyatdakı əhəmiyyətinə görə ittifaq, respublika, yerli (rayon və kənd) və müəyyən idarə tableyində avtomobil yolları var idi. Azərbaycanda olan ittifaq. respublika və vilayət əhəmiyyətli avtomobil yollarının hamısına Azərbaycan SSR Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin, yerli yollar isə rayon icraiyyə komitələrinin nəzarətində idi. Bundan əlavə, "Azərneft" birliyi tabeliyində olan avtomobil yolları da var idi. SSRİ-də avtomobil yolları beş texniki dərəcəyə bölünürdü. Dərəcə bütün yol boyu və ya onun ayrı-ayrı hissələrində perspektiv (10–20 ildən sonra) orta gündəlik hərəkət intensivliyinə görə təyin edilirdi. Hərəkətin orta gündəlik intensivliyi (hər iki istiqamətdə) 7 min avtomobildən ço olduqda yol I dərəcəli, 3 mindən 7 minədək II dərəcəli, 1,000-dən 3 minədək III dərəcəli, 200-dən 1,000-dək IV dərəcəli və 200-dən az olduqda V dərəcəli adlanırdı.
== İnşaatı ==
Yolun texniki normativləri (hərəkətin hesablanma sürəti, hərəkət zolaqlarının sayı, genişliyi, yol çiyinlərinin eni, üfüqi və şaquli əyrilərin ən kiçik radiusları, ən böyük uzunluq mailliyi, ən kiçik görmə məsafəsi, yol örtüyünün tipi və s.) onun texniki dərəcəsinə əsasən inşaat normaları üzrə müəyyənləşdirilir.